“Nikoil Bank”ın Audit Komitəsi yenidən formalaşdırılıb

Maliyyə
  • 13 mart, 2018
  • 11:05
“Nikoil Bank”ın Audit Komitəsi yenidən formalaşdırılıb
Report

Bakı. 13 mart. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin Audit Komitəsinə yeni təyinatlar olub.

“Report” Banka istinadən xəbər verir ki, Hikmət Faiq oğlu Allahverdiyev Audit Komitəsinin sədri, Kənan Tofiq oğlu İskəndərov isə üzvü seçilib. Bununla yanaşı, Vladimir Tyurin də Komitənin üzvü kimi fəaliyyətini davam etdirir.

Xatırladaq ki, “Nikoil Bank” 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 220 mln. manatdır. Bankın səhmlərinin 93,16%-i “Topaz Investments” QSC-yə, 6,68%-i adı açıqlanmayan fiziki şəxsə, 0,16%-i isə “ISR Holding” MMC-yə məxsusdur.