“Nikoil Bank” filiallarından birini yeniləyib

Maliyyə
  • 03 aprel, 2017
  • 06:56
“Nikoil Bank” filiallarından birini yeniləyib

Bakı. 3 aprel. REPORT.AZ/ Bu gündən “Nikoil Bank” ASC-nin 3 saylı filialı yeni ünvanda - akademik Həsən Əliyev küçəsi,90A (http://bit.ly/2nm8Xnb) ünvanında fəaliyyət göstərir.

“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, filial geniş əməliyyat zalına malikdir. Burada müştərilər milli və xarici valyutada hesablaşma-kassa, kredit, ödəmə, kart, zəmanət, banklararası, sənəd və s. kimi bank xidmətlərindən istifadə edə bilərlər. 

Xatırladaq ki, “Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən, qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.