Bakı. 1 dekabr. REPORT.AZ/ “Nikoil Bank” ASC Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş könüllü ənənəvi qanvermə aksiyasını keçirib.
“Report” Banka istinadən xəbər verir ki, aksiyada maliyyə qurumunun baş ofisinin və həm də şəhər filiallarının əməkdaşları iştirak ediblər.
Aksiya Bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində baş tutub.
Xatırladaq ki, “Nikoil Bank” Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir.
“Nikoil Bank”ın məhsulları, xidmətləri, aksiyaları və xüsusi təklifləri barədə məlumatı www.nikoil.az ünvanında yerləşən rəsmi internet səhifəsinə daxil olmaqla və yaxud (012) 981 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: