“Nikoil Bank” 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 11 yanvar, 2018
  • 13:33
“Nikoil Bank” 2017-ci ilin maliyyə göstəricilərini açıqlayıb
Report

Bakı. 11 yanvar. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 437,331 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-i ilə müqayisədə 0,5% azdır.

“Nikoyl Bank”ın aktivlərinin 218,094 mln. manatını və yaxud 49,9%-ni müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il Bankın kredit portfeli 9,3% kiçilib.

Hesabat dövründə “Nikoyl Bank”ın cəmi öhdəlikləri 9,2% azalaraq 362,365 mln. manata, o cümlədən depozit portfeli 12,9% azalaraq 229,226 mln. manata, Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 0,5% azalaraq 40,3 mln. manata düşüb.

İl ərzində Bankın cəmi kapitalı 84,8% artaraq 74,965 mln. manata, nizamnamə kapitalı isə 19,2% artaraq 220 mln. manata çatıb.

2017-ci ildə “Nikoyl Bank”ın faiz gəlirləri 66,682 mln. manat (2016-cı ilə nisbətən 23,55% az), faiz xərcləri 19,688 mln. manat (36,3% az), qeyri-faiz gəlirləri 3,066 mln. manat (85,4% az), qeyri-faiz xərcləri isə 21,557 mln. manat (21% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 28,503 mln. manat olub ki, bu da illik müqayisədə 43% azdır.

Ötən il “Nikoyl Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 84,3% az – 31,198 mln. manat ayırıb, gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən isə 14 mln. manat zərərə düşüb. Bununla da, Bank 2017-ci ili 2,709 mln. manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 54,8 dəfə azdır. 

44 filmi