“NeoKartla qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!
- 17 may, 2022
- 06:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Mayın 14-də “Bank Respublika”nın ASC-nin baş ofisində “Neokart” sahibləri üçün “NeoKartla qazan!” stimullaşdırıcı lotereyanın II tirajının uduşu keçirilib.
“NeoKartla qazan!” adlı lotereyada iştirak hüququ əldə etmək üçün 25.10.2021 – 01.05.2022-ci il tarixləri ərzində ölkə daxilində və xaricində, eləcə də internet üzərindən “NeoKart”la mal və yaxud xidmətlər üzrə minimum 10 manat (və yaxud ekvivalenti) məbləğində nağdsız ödəniş etmək zəruri idi. “NeoKart Standard”la hər 10 manat (və yaxud ekvivalenti) məbləğində nağdsız ödəniş kart sahibinə 1 uduş şansı, “NeoKart Premium” kartı ilə isə hər 10 manat (və yaxud ekvivalenti) məbləğində nağdsız ödəniş kart sahibinə 5 uduş şansı qazandırırdı.
II tirajda 01.01.2022 – 01.05.2022-ci il tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar, eləcə də birinci tirajda əldə olunan şanslar iştirak ediridi.
5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirak etdiyi lotereyanın ikinci tirajında 154 nəfər qiymətli hədiyyələr və pul mükafatları, 1 nəfər isə Super hədiyyə olan “Toyota RAV4 LOW 2.5L Hybrid” avtomobilini qazandı.
Bununla da, ötən ildən start götürən lotereyada 255 nəfər “NeoKart” sahibi qiymətli hədiyyələrin və pul mükafatlarının sahibi oldu!
“NeoKartla qazan!” lotereyasının ikinci tirajında hədiyyə qazanmış müştərilərin siyahısı
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.