Neft Fondu valyuta satışını 47% artırıb

Neft Fondu valyuta satışını 47% artırıb ARDNF 4 mlrd 525,7 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib
Maliyyə
4 Avqust , 2020 12:11
Neft Fondu valyuta satışını 47% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 4 mlrd 525,7 mln ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47% çoxdur.

Təkcə iyul ayında isə ARDNF-in valyuta satışının məbləği 515,5 mln ABŞ dolları təşkil edib. Bu isə ötən ilin iyul ayına nisbətən 18,5% çoxdur.

Qeyd edək ki, 2019-cu ilin yeddi ayı ərzində Fond tərəfindən 3 mlrd 78,5 mln ABŞ dolları məbləğində satış həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi