ARDNF bu il Mərkəzi Banka 2,4 mlrd. manat transfert edib

ARDNF bu il Mərkəzi Banka 2,4 mlrd. manat transfert edib Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar xərcləri 98,4 mln. manat təşkil edib
Maliyyə
17 İyul , 2017 09:59
ARDNF bu il Mərkəzi Banka 2,4 mlrd. manat transfert edib

Bakı. 17 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2017-ci ilin yanvar-iyun ayları ərzində 6 127,2 mln. manat, büdcə xərcləri isə 5 533,8 mln. manat təşkil edib.

Fonddan “Report”a verilən məlumata görə, hesabat dövründə ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 458,8 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 443,1 mln.manat, bonus ödənişləri 2,4 mln.manat, akrhesabı ödənişlər 3,6 mln. manat, tranzit gəlirləri 9,7 mln.manat təşkil edib.

Bu ilin ilk yarısında ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 mln.manata bərabər olub.

Hesabat dövrü ərzində Fondun 2017-ci il büdcəsinin icrası çərçivəsində 2 991,0 mln.manat dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,7 mln. manat vəsait ayrılıb. Birinci yarımillikdə 4,7 mln.manat Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2 448,3 mln. manat Azərbaycan Mərkəzi Bankına transfert edilib. Hesabat dövründə ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 9,2 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərcləri 98,4 mln. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi