Neft Fondu I rübdə valyuta satışını artırıb

Neft Fondu I rübdə valyuta satışını artırıb Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 1 551,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.
Maliyyə
26 Aprel , 2019 15:39
Neft Fondu I rübdə valyuta satışını artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 1 551,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

 Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 241,4 mln. dollar və yaxud 18% çoxdur.

I rübdə valyuta satışının 600,5 mln. dolları mart ayının payına düşüb.

Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində 1 310,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

Son xəbərlər

Orphus sistemi