"NBC Bank"ın xalis əməliyyat mənfəəti ötən il 18% azalıb

Maliyyə
  • 10 yanvar, 2018
  • 08:03
NBC Bankın xalis əməliyyat mənfəəti ötən il 18% azalıb

Bakı. 10 yanvar. REPORT.AZ/ “NBC Bank” ASC-nin cəmi aktivləri 2018-ci il yanvarın 1-nə 204,125 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,4% çoxdur.

“NBC Bank”ın aktivlərinin 75,6%-ni və yaxud 154,396 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2017-ci ildə Bankın kredit portfeli 22,8% böyüyüb. İl ərzində maliyyə qurumunun vaxtı keçmiş kreditləri isə 9,9% azalaraq 12,035 mln. manata düşüb.

Ötən il “NBC Bank”ın cəmi öhdəlikləri 38,9% artaraq 147,285 mln. manata, o cümlədən depozit portfeli 9,4% artaraq 73,969 mln. manata yüksəlib. Bankın cəmi kapitalı isə 7,4% artaraq 56,839 mln. manata çatıb.

2017-cı ildə “NBC Bank”ın faiz gəlirləri 13,894 mln. manat (2016-cı ilə nisbətən 14,3% az), faiz xərcləri 6,479 mln. manat (6,4% az), qeyri-faiz gəlirləri 3,142 mln. manat (3,7% az), qeyri-faiz xərcləri isə 6,032 mln. manat (14,2% az) təşkil edib. Son nəticədə, Bankın xalis əməliyyat mənfəəti 4,525 mln. manat olub ki, bu da illik müqayisədə 18,1% azdır.

Ötən il “NBC Bank” aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 77,8% az – 1,611 mln. manat vəsait ayırıb, mənfəət vergisi isə ödəməyib. Bununla da, Bank 2017-ci ili 2,914 mln. manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, kredit təşkilatı 2016-cı ildən 1,798 mln. manat xalis zərərlə çıxmışdı.

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 268,8 manat olan 238 096 səhm əsasında formalaşıb. Səhmlərin 65,91%-i Bankın daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, daha 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

44 filmi