Deputat: "Nazirlər Kabinetinin hesabatının təkmilləşdirilməsinə ehtiyac var"

Deputat: "Nazirlər Kabinetinin hesabatının təkmilləşdirilməsinə ehtiyac var" Əli Məsimli: Hesabatda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçirilməsi istiqamətində də addımlar atılmasını vacib hesab edirəm
Maliyyə
15 Mart , 2019 14:41
Deputat: Nazirlər Kabinetinin hesabatının təkmilləşdirilməsinə ehtiyac var

"Nazirlər Kabinetinin hesabatı kifayət qədər məzmunlu hazırlansa da bəzi məqamları təkmilləşdirməyə ehtiyac var".

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bu hesabatda bütün dövlət qurumları eyni rəngdə görünür.

“Necə ki, “Strateji Yol” xəritəsinin monitorinqlərində dövlət qurumlarının yaxşı, ortabab, pis işləyənləri göstərilir, hesab edirəm ki, hesabatda da həmin monitorinqlərin nəticələrindən istifadə etməklə dövlət qurumlarının fərqləndirilməsi yaxşı olardı. Eyni zamanda, hesabatda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçirilməsi istiqamətində də addımlar atılmasını vacib hesab edirəm”, - Ə.Məsimli əlavə edib.

Parlament üzvü onu da bildirib ki, hesabatda qeyd olunmalıdır ki, hansı səbəbdən proqnozda kənarlaşmalar olub və bunun aradan qaldırılması üçün hansı tədbirlər görüləcək: “Atılan addımların maliyyə tutumlarının və nəticələrinin müqayisəli şəkildə verilməsi də hesabatın sambalılığını xeyli dərəcədə artırmış olar”.

Son xəbərlər

Orphus sistemi