Naxçıvanda ÜDM artıb

Naxçıvanda ÜDM artıb Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 361,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
Maliyyə
18 Mart , 2020 03:01
Naxçıvanda ÜDM artıb

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 361,8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Bu barədə “Report” Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilir ki, bu 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 786,8 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 175,9 milyon manatdan çox məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi