Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 8 dəfədən çox artıb

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 8 dəfədən çox artıb Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çox - 911,9 min manat vəsait daxil olub.
Maliyyə
9 iyul 2024 06:46
Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 8 dəfədən çox artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 dəfə çox - 911,9 min manat vəsait daxil olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu "Naxçıvanda şəffaf və rəqabətli hərraclar" mövzusundakı keçirilən tədbirdə yerli iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

Onun sözlərinə görə, 6 ay ərzində Muxtar Respublikasında 102 dövlət əmlakının özəlləşdirilməsi başa çatıb ki, bu da 1 il əvvələ nisbətən 6,8 dəfə çoxdur.

"Hesabat dövründə Naxçıvanda 22 hərrac keçirilib. Həmin hərraclarda 5 qeyri-yaşayış obyektinin, 15 torpaq sahəsinin, 1 nəqliyyat vasitəsinin və 1 faydalı qazıntı yatağının satışı təşkil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 % çoxdur. Qeyd olunan müddətdə keçirilən hərraclardan daxil olmuş xidmət haqqı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə artıb.

Orphus sistemi