Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 %-dən çox artıb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 %-dən çox artıb ​​​​​​​Naxçıvan Muxtar Respublikasında aprelin 1-ndə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 936 olub
Maliyyə
17 Aprel , 2024 11:11
Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 %-dən çox artıb

Naxçıvan Muxtar Respublikasında aprelin 1-ndə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 936 olub.

Xidmətdən "Report"un yerli bürosuna verilən məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,4 % artıb və 481 təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,8 % artaraq 5 579-a çatıb.

Son xəbərlər

Orphus sistemi