Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" ASC 5 ildir maliyyə hesabatlarını ictimaiyyətə açıqlamamasına aydınlıq gətirib.
Bu barədə "Report"a Bankın İdarə Heyətinin sədri Azər Məmmədov bildirib.
"Naxçıvanbank"ın rəsmi internet səhifəsində kredit təşkilatının yalnız 2009-2011-ci illə əhatə edən maliyyə hesabatları yerləşdirilib. Başqa sözlə, bank 5 ildir ictimaiyyətə fəaliyyəti barədə hesabat vermir.
"Hazırda yeni saytımız hazırlanır, yəqin ki, gələn həftə istifadəyə veriləcək. Bütün maliyyə hesabatlarını orada yerləşdirəcəyik", - deyə A.Məmmədov qeyd edib.
Xatırladaq ki, "Naxçıvanbank" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,94 mln. manatdır. Bankın səhmləri 4 fiziki şəxsə məxsusdur.