​"Muğanbank"ın kreditlər üzrə faiz gəlirləri artıb

​"Muğanbank"ın kreditlər üzrə faiz gəlirləri artıb Ötən ilin ilk rübünü zərərlə başa vuran Bank bu il mənfəətə çıxıb
Maliyyə
21 Aprel , 2016 15:04
​Muğanbankın kreditlər üzrə faiz gəlirləri artıb

Bakı. 21 aprel. REPORT.AZ/ "Muğanbank" ASC cari ilin birinci rübündə 507,36 min manat həcmində mənfəət əldə edib. Ötən ilin müvafiq dövründə isə Bank 8 594,51 min manat zərərlə üzləşib.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat dövründə gəlirlər 20 581,61 min manat, xərclər isə 20 074,25 min manat təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə gəlirlərdə 10,7%, xərclərdə isə 36,6% azalma qeydə alınıb.

Bankın kreditlər üzrə faiz gəlirləri 18% artaraq 16 898,6 min manata yüksəlib. Bu müddətdə faiz xərcləri 37,3% artaraq 8 425,9 min manat təşkil edib.

Beləliklə, birinci rübdə "Muğanbank"ın xalis faiz gəlirləri 8 472,7 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% çoxdur. Kreditlər üzrə ehtiyatların yaradılmasına 3 304,35 min manat ayrılıb və nəticədə ehtiyatların yaradılması xərcindən sonra bankın xalis faiz gəliri 5 168,35 min manat təşkil edib. Qeyd edək ki, kreditlər üzrə ehtiyatların yaradılmasına xərc ötən ilin eyni dövrü ilə müqayisədə 47,5% azalıb.

Hesabat dövründə Bankın qeyri-faiz gəlirləri 57,7% azalaraq 3 628,98 min manat təşkil edib. Qeyri-faiz xərcləri isə 7 dəfə azalaraq 1 932,27 min manat olub.

Son xəbərlər

Orphus sistemi