"Muğanbank"ın aktivləri 17% azalıb

"Muğanbank"ın aktivləri 17% azalıb Bakı. 30 yanvar. REPORT.AZ/ "Muğanbank" ASC-nin aktivləri illik 16,57% azalaraq cari il yanvarın 1-nə 470 824 min mant təşkil edib."Report" bu barə...
Maliyyə
30 Yanvar , 2017 17:21
Muğanbankın aktivləri 17% azalıb

Bakı. 30 yanvar. REPORT.AZ/ "Muğanbank" ASC-nin aktivləri illik 16,57% azalaraq cari il yanvarın 1-nə 470 824 min mant təşkil edib.

"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Cari il yanvarın 1-nə kredit portfeli 348 272,23 min manat olub ki, bunun da 64 461,08 min manat və ya 18,51%-nin ödəmə vaxtı keçib. Qeyd edək ki, əvvəlki ilin müvafiq dövründə isə kredit portfeli 374 608,56 min manat olub ki, bunun da 24 536,39 min manat ya 6,55%-i problemli olub.

Beləliklə, hesabata əsasən, kredit portfelində illik 7,03% azalma qeydə alınıb. Bu müddətdə vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi isə kəskin artıb.

Hesabat ilində bankın öhdəlikləri illik 20,35% azalaraq cari il yanvarın 1-nə 407 539 min manat təşkil edib. Müştəri hesabları 25,26% azalaraq 192 072 min manat olub.

Nizamnamə kapitalı 50% artaraq 75 mln. manata yüksəlib.

Bank ötən il ərzində 14 005,64 min manat zərər edib. 2015-ci ildə isə bu göstərici 437,45 min manat mənfəət təşkil edib. 

Son xəbərlər

Orphus sistemi