"​Muğanbank"ın iki yeni regional filialı açılıb

"​Muğanbank"ın iki yeni regional filialı açılıb Filiallar Sabirabad və Cəlilabad rayonlarında yerləşir
Maliyyə
14 Oktyabr , 2014 12:07
​Muğanbankın iki yeni regional filialı açılıb
Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Muğanbank" ASC-nin Sabirabad və Cəlilabad şəhərlərində filialları fəaliyyətə başlayıb. Bu barədə “Report”a Bankın baş ofisindən məlumat verilib.

Filiallarda fiziki və hüquqi şəxslərə xidmət göstərilərək, onlara hesabların açılması, depozitlərin qəbulu, kreditlərin rəsmiləşdirilməsi, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. bank xidmətləri təklif edilir.

Yeni açılmış Sabirabad filialı Heydər Əliyev prospektində, Cəlilabad filialı isə H.Əliyev prospekti,176 ünvanında yerləşir.

Qeyd edək ki, “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda Bankın ölkə ərazisində 40 filialı və 7 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə xidmət göstərir. “Muğanbank” ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın "WorldBusiness Capital" (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi