"Moody’s" Bakıda kredit risklərinə dair konfrans keçirəcək
Maliyyə
- 13 may, 2016
- 13:14
Bakı. 13 may. REPORT.AZ/ Mayın 24-də Bakıda “Moody’s” beynəlxalq reytinq agentliyinin kredit risklərinə dair illik konfransı keçiriləcək. "Report"un verdiyi xəbərə görə, konfransda fond resurslarının diversifikasiyası, Azərbaycan bank sisteminin perspektivləri, Azərbaycan və MDB ölkələrinin bank sistemində xarici valyuta riskinin təsirləri ilə bağlı məruzələr dinləniləcək.
Bununla yanaşı, Azərbaycanın bank və korporativ sektor üçün neft qiymətlərinin volatiliyinin əhəmiyyəti, “Moody’s”in reytinqləri və s. aktual mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Konfransda “Moody’s Investors Service”in vitse-prezidenti Burak Cerrahoğlu, Rusiya və MDB ölkələri üzrə baş menecer Aleksey Sajin və Agentliyin digər əməkdaşları iştirak edəcəklər.
Son xəbərlər
04:17
Ağ Evdə Konqresə aralıq seçkilərində ehtimal olunan məğlubiyyətə hazırlaşırlar
Digər ölkələr03:49
Rusiyada yanğın zamanı uşaqlar da daxil olmaqla, beş nəfər həlak olub
Region03:24
Ağ Evin yaxınlığında atışma zamanı yeniyetmə xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr03:12
İranlı deputatlar ABŞ ilə danışıqlar prosesindən narahatdır
Region02:46
Tramp neft qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb
Digər ölkələr02:18
Abbas Əraqçi: Siyasi böhranın hərbi həlli yoxdur
Region01:52
Uolts: ABŞ və müttəfiqləri İranla bağlı BMT TŞ-nin qətnamə layihəsini hazırlayacaq
Digər ölkələr01:27
"Mançester Siti" çempionluq uğrunda "Arsenal"la mübarizədə xal itirib
Futbol01:16