"Moody's" Azərbaycanın bank sektorunda təmərküzləşmənin güclənəcəyini proqnozlaşdırır

"Moody's" Azərbaycanın bank sektorunda təmərküzləşmənin güclənəcəyini proqnozlaşdırır “Son 3-4 il ərzində Azərbaycanın maliyyə bazarında baş verən hadisələr nəticəsində ölkənin 3 bankı – “PAŞA Bank”, Kapital Bank və Xalq Bank ASC-lər sektordakı (bank aktivlərindəki) payını 35%-ə çatdırıb”.
Maliyyə
23 May , 2019 11:41
Moody's Azərbaycanın bank sektorunda təmərküzləşmənin güclənəcəyini proqnozlaşdırır

“Son 3-4 il ərzində Azərbaycanın maliyyə bazarında baş verən hadisələr nəticəsində ölkənin 3 bankı – “PAŞA Bank”, "Kapital Bank" və "Xalq Bank" ASC-lər sektordakı (bank aktivlərindəki) payını 35%-ə çatdırıb”.

"Report" xəbər verir ki, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin Azərbaycan üzrə illik konfransında təşkilatın vitse-prezidentinin köməkçisi Pyotr Paklin deyib.

Onun sözlərinə görə, Azərbaycan bank sektoru 3 ildir ki, mənfəətlə işləyir, amma mənfəətin böyük hissəsi adları çəkilən 3 banka, eləcə də dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məxsusdur.

“Digər banklar isə ümumilikdə 4 ildir ki, zərərlə işləyirlər. Tədricən böyük banklarla kiçik banklar arasında fərq böyüyəcək”, - deyə o, qeyd edib. 

Xatırladaq ki, bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 846,9 milyon manat təşkil edib. Bu, martın 1-i ilə müqayisədə 0,35% az, ötən il aprelin 1-nə nisbətən isə 6,95% çoxdur. Sektorun cəmi kapitalı isə 11,4% artaraq 4 313,7 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi