“Moody’s” “ABB Moskva”ya verdiyi reytinqləri geri çağırıb

Maliyyə
  • 03 may, 2018
  • 11:14
“Moody’s” “ABB Moskva”ya verdiyi reytinqləri geri çağırıb

Bakı. 3 may. REPORT.AZ/ “Moody’s” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin Rusiyadakı törəməsinə (“ABB Moskva”) verdiyi reytinqləri geri çağırıb. 

“Report xəbər verir ki, agentlik bunu biznes maraqları ilə izah edib. 

Qeyd edək ki, söhbət "ABB-Moskva"ya yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli depozit, eləcə də uzunmüddətli və qısamüddətli qarşılıqlı risk reytinqlərindən gedir. 

Xatırladaq ki, "ABB Moskva” 2002-ci ildə yaradılıb və səhmləri 100% ABB-yə məxsusdur.

44 filmi