​“Moody`s” "ABB-Moskva” bankının reytinqini yüksəldib

​“Moody`s” "ABB-Moskva” bankının reytinqini yüksəldib Agentlik "ABB-Moskva” bankının beynəlxalq şkala üzrə reytinq proqnozunu B3 “Sabit”dən B3 “Pozitiv”ə dəyişib
Maliyyə
1 Sentyabr , 2014 10:07
​“Moody`s” ABB-Moskva” bankının reytinqini yüksəldib

Bakı. 1 sentyabr. REPORT.AZ/ “Moody’s Interfax Rating Agency” "ABB-Moskva” bankının reytinqini artırıb.

“Report”a bu barədə Azərbaycan Beynəlxalq Bankının Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə Moody’s Interfax Rating Agency” "ABB-Moskva” bankının milli şkala üzrə reytinqini “Ваа3”dən “Baa2” səviyyəsinədək artırıb.

Agentlik həmçinin "ABB-Moskva” bankının (Azərbaycan Beynəlxalq Bankının törəməsi, ABB) beynəlxalq şkala üzrə reytinq proqnozunu B3 “Sabit”dən B3 “Pozitiv”ə dəyişib.

“Moody’s” 2014-cü ilin iyul ayında "Azərbaycan Beynəlxalq Bankı" ASC "ABB-Moskva” bankının nizamnamə kapitalına 1,25 mlrd. rubl məbləğində əlavə vəsait daxil etdiyini və bunun son 5 il üçün ən mühüm hadisə olduğunu açıqlayıb.

Agentliyin açıqladığı məlumatda qeyd olunur ki, son illər “Bank "ABB-Moskva” aktivlərinin keyfiyyətini yaxşılaşdırıb, öz istiqrazlarının buraxılışı hesabına əsas bankdan asılılığını xeyli azaldıb, bununla belə fondlaşma mənbələrinin gələcək diversifikasiyası əsas strategiyadır.

Son xəbərlər

Orphus sistemi