“Moody's” 2022 və 2023-cü illər üçün iqtisadi artım proqnozunu aşağı salıb

“Moody's” 2022 və 2023-cü illər üçün iqtisadi artım proqnozunu aşağı salıb “Moody's” beynəlxalq reytinq agentliyi Rusiya-Ukrayna münaqişəsinin, eləcə də Çindəki karantin məhdudiyyətlərinin tədarük zəncirlərindəki problemləri daha da gücləndirdiyini və inflyasiyanın artmasına səbəb olduğunu qeyd edərək 2022 və 2023-cü illər üçün
Maliyyə
26 May , 2022 15:15
“Moody's” 2022 və 2023-cü illər üçün iqtisadi artım proqnozunu aşağı salıb

“Moody's” Beynəlxalq Reytinq Agentliyi Rusiya-Ukrayna münaqişəsinin, eləcə də Çindəki karantin məhdudiyyətlərinin tədarük zəncirlərindəki problemləri daha da gücləndirdiyini və inflyasiyanın artmasına səbəb olduğunu qeyd edərək 2022 və 2023-cü illər üçün qlobal iqtisadi artım proqnozlarını aşağı salıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, G-20 ölkələri üçün bu il üçün ÜDM artımı proqnozu martda gözlənilən 3,6%-dən 3,1%-ə, gələn il üçün isə 3%-dən 2,9%-ə qədər azaldılıb.

“Moody's”in qiymətləndirməsinə görə, Rusiya iqtisadiyyatı 2022-ci ildə 7%, 2023-cü ildə isə 3% azalacaq. Rusiya iqtisadiyyatı üzrə proqnozlar mart ayı ilə müqayisədə dəyişməyib.

“Hazırda Rusiyadan başqa G-20 ölkələrinin heç biri üçün 2022 və 2023-cü illər üzrə resessiya proqnozlaşdırmırıq. Bununla belə, qlobal artımı zəiflədə biləcək bir çox risk faktorları, o cümlədən tədarük zənciri problemlər, eləcə də Çində iqtisadi fəallığın gözləniləndən daha çox yavaşlaması faktı da var”, - “Moody's”in baş vitse-prezidenti Madhavi Bokil deyib.

O bildirib ki, uzunmüddətli inflyasiya gözləntilərinin nəzarətdən çıxacağına dair narahatlıqlar fonunda pul-kredit siyasətinin aqressiv formada sərtləşdirilməsi də resessiya üçün katalizator ola bilər.

İnkişaf etmiş ölkələr üçün 2022-ci il üzrə ÜDM artımı proqnozu 3,2%-dən 2,6%-ə endirilib.

“Moody's” cari il üçün Çin iqtisadiyyatının artımı ilə bağlı proqnozunu 5,2%-dən 4,5%-ə endirib, 2023-cü il üçün proqnozu isə 5,1%-dən 5,3%-ə qədər yaxşılaşdırıb.

ABŞ iqtisadiyyatının 2022-ci ildə 2,8%, 2023-cü ildə 2,3% (daha əvvəl göstəricilər müvafiq olaraq 3,7% və 2,5% idi) artacağı gözlənilir. Artım göstəriciləri Avrozonada 2,5% və 2,3% (daha əvvəl 2,8% və 2,2%), Yaponiyada 2,4% və 1,2% (daha əvvəl 2,9% və 1,4%), Böyük Britaniyada 2,8% və 1% (daha əvvəl 2,8% və 1,4%) kimi proqnozlaşdırılır.

“Moody's” həmçinin cari il üçün Hindistan iqtisadiyyatının artımı ilə bağlı proqnozunu da 9,1%-dən 8,8%-ə endirib.

Son xəbərlər

Orphus sistemi