“MJ Financial Services" BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 28 noyabr, 2022
  • 13:01
“MJ Financial Services BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Dekabrın 1-də "Bakı Fond Birjası" QSC-də (BFB) “MJ Financial Services" QSC bank olmayan kredit təşkilatının (BOKT) 750 min manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" BFB-yə istinadən xəbər verir ki, istiqrazlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək.

Xatırladaq ki,Birjanın Listinq Komitəsinin qərarı ilə "MJ Financial Services"ın hər birinin nominal dəyəri 1 000 manat olan 750 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.