“Milli Nüvə Tədqiqatları Mərkəzi” nizamnamə kapitalını formalaşdırır

Maliyyə
  • 16 dekabr, 2016
  • 12:58
“Milli Nüvə Tədqiqatları Mərkəzi” nizamnamə kapitalını formalaşdırır

Bakı. 16 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Milli Nüvə Tədqiqatlar Mərkəzi” QSC-nin ilkin səhm emissiyasını AZ1001019988 nömrəsi ilə dövlət qeydiyyatına alıb. Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 10 manat olan 300 000 səhmin buraxılışını nəzərdə tutur.

Səhmlər qapalı üsulla yerləşdiriləcək və müəssisəyə 3 mln. manatlıq nizamnamə kapitalı formalaşdırmağa imkan verəcək.