Milli Depozit Mərkəzinin dövriyyəsi 21% artıb

Milli Depozit Mərkəzinin dövriyyəsi 21% artıb Qurumun dövlət qeydiyyatına aldığı əqdlərin sayı isə 59% artıb
Maliyyə
12 Aprel , 2017 16:28
Milli Depozit Mərkəzinin dövriyyəsi 21% artıb

Bakı. 12 aprel. REPORT.AZ/ Milli Depozit Mərkəzində (MDM) bu ilin yanvar-mart aylarında 798 əqd dövlət qeydiyyatına alınıb.

“Report” MDM-ə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 296 ədəd və yaxud 59% çoxdur.

İlk üç ayda qeydə alınmış əqdlərin 73,3%-i və yaxud 585-i birjada, 14,5%-i və yaxud 116-sı birjadankənar, 12,2%-i və 97-i isə əlavə emissiya üzrə (ilkin bazarda) bağlanılıb. Əvvəlki ilə nisbətən birja əqdlərinin sayı 69,1% və yaxud 239 ədəd, birjadankənar əqdlərin sayı 13,7% və yaxud 14 ədəd azalıb, əlavə emissiya əqdlərinin sayı isə 2,3 dəfə və yaxud 43 ədəd artıb.

Hesabat dövründə MDM-in qeydə aldığı əqdlərin ümumi dəyəri 1 531 998 403 manat olub. Bu, əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 21,4% və yaxud 269 852 401 manat çoxdur.

Təhlil olunan dövr ərzində ümumi dövriyyənin 14,7%-i və yaxud 224 918 425manatı birjada, 12,1%-i və yaxud 185 124 878 manatı birjadankənar, 73,2%-i və yaxud 1 121 955 100manatı isə əlavə emissiya üzrə formalaşıb. Əvvəlki ilə nisbətən birja dövriyyəsi 2,4 dəfə və yaxud 130 473 022 manat, birjadankənar dövriyyə 67,6% və yaxud 74 696 112 manat, əlavə emissiya dövriyyəsi isə 6,1% və yaxud 64 683 267 manat artıb.

Bu ilin ilk üç ayında MDM 7 emitentlə müqavilə bağlayıb. Bu, ötən ilin analoji dövrü lə müqayisədə 53,3% və yaxud 8 vahid azdır.

Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi