Milli Depozit Mərkəzi ötən il 6 min əqdi qeydə alıb

Maliyyə
  • 04 fevral, 2020
  • 10:24
Milli Depozit Mərkəzi ötən il 6 min əqdi qeydə alıb

Milli Depozit Mərkəzi (MDM) 2019-cu ildə 5 998 əqdi qeydə alıb.

“Report” bu barədə MDM-ə istinadən xəbər verir. 

Məlumata görə, bunun 4 758-ni birja, 605-ni birjadankənar, 635-ni isə repo əqdi təşkil edib.