Mikayıl Cabbarov: "Ötən il vergi daxilolmaları proqnozu 118% icra edilib"

Mikayıl Cabbarov: "Ötən il vergi daxilolmaları proqnozu 118% icra edilib" 2021-ci ildə Azərbaycanda vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manat təşkil edib, proqnoz 117,7% səviyyəsində icra olunub.
Maliyyə
163
18 Yanvar , 2022 16:03
Mikayıl Cabbarov: Ötən il vergi daxilolmaları proqnozu 118% icra edilib
Mikayıl Cabbarov

2021-ci ildə Azərbaycanda vergi daxilolmaları 2020-ci ilə nisbətən 15,5% artaraq 8,5 milyard manat təşkil edib, proqnoz 117,7% səviyyəsində icra olunub.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, ötən il qeyri-neft sektoru üzrə vergi daxilolmaları 13,5% artaraq 6,4 milyard manat olub, proqnoz 112,2% səviyyəsində yerinə yetirilib. 

Nazir həmçinin bildirib ki, 2021-ci ildə özəl sektordan vergi daxilolmaları 2020-ci illə müqayisədə 24% artaraq 6,9 milyard manata çatıb. O cümlədən qeyri-neft sektorunun özəl bölməsi üzrə daxilolmalar 20,3% artaraq 4,8 milyard manat olub və cəmi qeyri-neft daxilolmalarında onun xüsusi çəkisi 75,5%-ə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi