MIGA TANAP-a 1,2 mlrd. dollarlıq zəmanət verib - EKSKLÜZİV

MIGA TANAP-a 1,2 mlrd. dollarlıq zəmanət verib - EKSKLÜZİV MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kreditləri ucuzlaşdırmağa imkan verəcək
Maliyyə
27 Dekabr , 2016 17:25
MIGA TANAP-a 1,2 mlrd. dollarlıq zəmanət verib - EKSKLÜZİV

Bakı. 27 dekabr. REPORT.AZ/ Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi (MIGA - Multilateral Investment Guarantee Agency) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanətini təsdiq edib. 

“Report”un məlumatına görə, qurumun bu qərarını MIGA-nın Direktorlar Şurası açıqlayıb.

Qeyd edək ki, MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kredit resurslarının ucuzlaşmasına imkan verəcək.

Əlavə edək ki, dekabrın 20-də Dünya Bankı Direktorlar Şurasının qərarı ilə TANAP-a 800 mln. dollarlıq kredit ayrılıb və bunun 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), digər 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin BOTAŞ şirkəti alıb.

Xatırladaq ki, MIGA Dünya Bankı Qrupuna daxildir və əsas funksiyası inkişafda olan ölkələrdə birbaşa xarici investisiyaların (FDI) təşviq edilməsidir.

Son xəbərlər

Orphus sistemi