Mərkəzi Bankın valyuta hərracında dollara tələb cüzi azalıb

Mərkəzi Bankın valyuta hərracında dollara tələb cüzi azalıb Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Maliyyə
28 Aprel , 2020 12:58
Mərkəzi Bankın valyuta hərracında dollara tələb cüzi azalıb
Report

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

“Report” bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 23-nə nisbətən 1,2 milyon ABŞ dolları və ya təxminən 2% azalaraq 57,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Son xəbərlər

Orphus sistemi