​Mərkəzi Bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydasında dəyişiklik edib

​Mərkəzi Bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydasında dəyişiklik edib Digər dəyişiklik isə restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması ilə bağlıdır
Maliyyə
15 Oktyabr , 2015 19:42
​Mərkəzi Bank mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydasında dəyişiklik edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişikliklər edib.

"Report"un verdiyi xəbərə görə, nəzarət altında olan aktivlər üzrə ehtiyat dərəcəsində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 23.02.2015-ci il tarixindən restrukturizasiya edilmiş və nəzarət altında olan aktiv kimi təsnifləşdirilmiş aktivlər üzrə ehtiyat dərəcəsi 2%, restrukturizasiya olunmamış nəzarət altında olan aktivlər üzrə isə 1% təsdiqlənib. 

Qeyd edək ki, əvvəlki qaydada nəzarət altında olan aktivlər üzrə ehtiyat dərəcəsi 5% olub.

Ehtiyatlar aktivin ümumi məbləği üzrə Azərbaycan Respublikasının milli valyutası ilə bankın xərcləri hesabına yaradılır.

Digər dəyişiklik isə restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması müqavilə şərtlərinə görə ödənişləri aylıq əsasda müəyyən edilən aktivlər – altı ay müddətində ödənişlərində gecikmə müşahidə olunmadıqda, istehlak kreditləri və banklararası kreditlər, habelə müqavilə şərtlərinə görə ödənişləri rüblük, yarımillik, illik və başqa dövriliklə müəyyən edilən aktivlər – aktivin əsas məbləğinin ən azı 50%-i ödənildikdə və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda həyata keçirilir. 

Xatırladaq ki, əvvəlki qaydaya əsasən, restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması yalnız aktivin əsas məbləğinin 50%-nin ödənilməsi və bu zaman əsas məbləğ və ona hesablanmış faiz borcları üzrə öhdəliklərin vaxtında və tam həcmdə icra olunması şərti ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi