“Meqa Sığorta”nın xalis mənfəəti 33 % azalıb

Maliyyə
  • 30 mart, 2024
  • 06:11
“Meqa Sığorta”nın xalis mənfəəti 33 % azalıb

“Meqa Sığorta” ASC 2023-cü ili 2,515 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 33,4 % azdır.

Ötən il “Meqa Sığorta”nın gəlirləri 29,048 milyon manat (əvvəlki ilə nisbətən 23,6 % çox), xərcləri 25,91 milyon manat (37,9 % çox), mənfəət vergisi ödəmələri isə 623 min manat (33,3 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Meqa Sığorta”nın aktivləri 51,713 milyon manat olub ki, bu da illik müqayisədə 18,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 70,4 % artaraq 22,354 milyon manata çatıb, balans kapitalı isə 3,4 % azalaraq 29,359 milyon manata düşüb.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən BE&G sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətin səhmlərinin 19 %-i Rauf Əliyevə (“Rabitəbank” ASC-nin 30 %-lik səhmdarı), 19 %-i Nəzakət İsmayılovaya, 19 %-i Zaur Quliyevə, 14 %-i Yaşar Qurbanova (Direktorlar Şurasının sədri), 10 %-i Zeynal Əliyevə, 10 %-i Faiq Şahəliyevə, 9 %-i isə Yaşar Əliyevə məxsusdur.

44 filmi