MDM-də yeni təyinat olub

MDM-də yeni təyinat olub Qurumun İdarə Heyəti sədrinə 1-ci müavini təyin edilib
Maliyyə
6 Fevral , 2017 14:00
MDM-də yeni təyinat olub

Bakı. 6 fevral. REPORT.AZ/ Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyəti sədrinə 1-ci müavini təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə Fəxriyar Cabbarov gətirilib.

O, bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Hüquq və İcraat Departamentinin direktoru vəzifəsində çalışıb.

Xatırladaq ki, MDM mərkəzi depozitar olaraq MBNP tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi