MBNP: Dedollarlaşma göstəricisi 63%-ə düşüb

MBNP: Dedollarlaşma göstəricisi 63%-ə düşüb Bakı. 20 sentyabr. REPORT.AZ/ “Azərbaycan əhalisinin banklarla bağlı borc yükünün müəyyən çərçivəyə salınması ilə bağlı addımlar atılır. Artıq bu addımlar nəticəsini verib”.
Maliyyə
20 Sentyabr , 2018 12:33
MBNP: Dedollarlaşma göstəricisi 63%-ə düşüb

Bakı. 20 sentyabr. REPORT.AZ/ “Azərbaycan əhalisinin banklarla bağlı borc yükünün müəyyən çərçivəyə salınması ilə bağlı addımlar atılır. Artıq bu addımlar nəticəsini verib”.

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov Bakıda keçirilən 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku-2018" tədbirində deyib.

Bundan başqa, sözlərinə görə, bank sektorunda aparılan islahatlar nəticəsində ötən ilin II yarısından etibarən bank sektorundan müsbət siqnallar almaq mümkün olub: "Son 1 ildə Azərbaycan banklarında əhalinin əmanətləri 16% artıb. Bunun böyük hissəsi manatla yerləşdirilib. Dedollarlaşma göstəricisi ilin əvvəlindən 66,7%-dən 63%-ə düşüb."

Bu il banklar 3,7 mlrd. kredit verib ki, bunun 2 mlrd. manatı biznes kreditləridir. Kreditləşmənin 70%-i manatla həyata keçirilib.

Bankların səhmdarları 1,5 mlrd. manatlıq kapital ineksiyası həyata keçirb ki, bunun da 500 mln. manatı son 1 ilin payına düşüb. Bu ilin əvvəlindən isə 348 mln. manatlıq kapital ineksiyası həyata keçirilib. Hazırda maliyyə sektorunun aktivlərinin 97%-i banklara, 2,4%-i sığorta şirkətlərinə, 0,6%-i isə qiymətli kağızlar bazarının iştirakçılara məxsusdur. 30 bankdan 15-i xarici kapitallıdır". 

Son xəbərlər

Orphus sistemi