MBNP banklara xəbərdarlıq edib

MBNP banklara xəbərdarlıq edib Rüfət Aslanlı: "Əgər hansısa bank belə həssas dövrdə qanunvericiliyi pozarsa, ən ciddi tədbirlər görüləcək”
Maliyyə
4 Noyabr , 2016 12:07
MBNP banklara xəbərdarlıq edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanın kommersiya banklarına valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı xəbərdarlıq məktubu göndərib. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı, həmçinin bank rəhbərləri ilə görüş keçirilib: “Görüşdə bəyan etdik ki, əgər hansısa bank belə həssas dövrdə valyuta alqı-satqısına dair qanunvericiliyi pozarsa, ən ciddi tədbirlər görüləcək”.

R.Aslanlı etiraf edib ki, bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil: “Bankların bütün valyuta əməliyyatlarını görmürük. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Amma əgər hər hansı bank, onun filialı, şöbəsi qanunu pozarsa, dərhal tədbir görürük. Bunun üçün bizə sadəcə müraciət etmək lazımdır və həmin müraciətlər əsasında lazımi addımlar atılır”.

Son xəbərlər

Orphus sistemi