Mayda Azərbaycanda xarici vətəndaşların bank kartları ilə 101 mln. manatlıq əməliyyat aparılıb

Maliyyə
  • 28 iyun, 2019
  • 12:24
Mayda Azərbaycanda xarici vətəndaşların bank kartları ilə 101 mln. manatlıq əməliyyat aparılıb

Bu ilin yanvar-may aylarında Azərbaycana dünyanın 180 ölkəsindən 1 094,8 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin iyun sayında bildirilir. 

Məlumata görə, hesabat dövründə Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 475,7 milyon manat olub. Bu ilin may ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri isə 100,9 mln. manat təşkil edib.

44 filmi