Martda Azərbaycandan Gürcüstana pul köçürmələri 45% artıb
Maliyyə
- 15 aprel, 2020
- 07:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin mart ayında Azərbaycandan Gürcüstana 2,4 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,4% çoxdur.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.
Gürcüstana xarici ölkələrdən daxil olan pullarda Azərbaycanın payı 1,9% təşkil edib.
Ötən ay Gürcüstandan Azərbaycana isə 1,1 milyon ABŞ dolları pul köçürülüb.
Hesabat ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 125,9 milyon ABŞ dolları vəsait daxil olub. Bu, illik müqayisədə 12,5 milyon ABŞ dolları və yaxud 9% azdır.
Ay ərzində Gürcüstandan digər ölkələrə isə 20,4 milyon ABŞ dolları köçürülüb ki, bu da 1 il əvvələ nisbətən 10,1% çoxdur.
В марте денежные переводы из Азербайджана в Грузию возросли на 45%
Money transfers from Azerbaijan to Georgia up 45% in March
Son xəbərlər
12:36
Elmi dərəcəli hərbçilər üçün leytenant rütbəsində olma müddətinin azaldılması qəbul edilib
Milli Məclis
12:35
Ətraf mühit hesabatlarının ictimai açıqlığına dair qanun layihəsi qəbul edilib
Milli Məclis
12:34
Sekyuritizasiya üzrə hüquqi çərçivə yaradılması III oxunuşda qəbul edilib
Maliyyə
12:32
Ekspert: Azərbaycan II Qarabağ müharibəsində təkcə dronlarla deyil, strategiya sayəsində qələbə qazanıb
Xarici siyasət
12:31
Xəzərdə beynəlxalq narkotik satışı kanalının qarşısı alınıb, 109 kq narkotik müsadirə edilib
Digər ölkələr
12:28
Azərbaycanla Özbəkistan arasındakı müqavilə və saziş ratifikasiya edilib
Milli Məclis
12:28
MDM ümumi aktiv və unikal investorların sayını açıqlayıb
Maliyyə
12:26
AFFA İntizam Komitəsi MOİK-in futbolçusu Zahid Mərdanovu 3 oyunluq cəzalandırıb
Futbol
12:24
Foto
DİN-in Ukrayna polisi ilə birgə əməliyyatı nəticəsində beynəlxalq axtarışda olan kiberdələduzlar Azərbaycana gətirilib
Hadisə