Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,6 bənd təşkil edib.
Maliyyə
30 Dekabr , 2019 14:13
Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Bu il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 73,6 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,4 bənd az, ilin əvvəli ilə müqayisədə 1 bənd çox, ötən ilin dekabrın 1-nə nisbətən isə 1 bənd çoxdur.

Bu il dekabrın 1-nə manatın real effektiv məzənnəsi isə 99,1 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,1 bənd az, ilin əvvəli ilə müqayisədə 0,5 bənd az, illik müqayisədə isə 0,2 bənd çoxdur.

Son xəbərlər

Orphus sistemi