MDB ölkələrinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının iclası keçirilib

MDB ölkələrinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının iclası keçirilib Sentyabrın 25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının XXI iclası keçirilib.
Maliyyə
25 Sentyabr , 2024 18:14
MDB ölkələrinin Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının iclası keçirilib

Bu gün Maliyyə Nazirliyində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Mühasibat Uçotu üzrə Koordinasiya Şurasının XXI iclası keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan səlahiyyətli şəxslərin qatıldığı iclasda çıxış edən nazir müavini Azər Bayramov bildirib ki, 2018-ci ildən etibarən ölkədə mühasibat uçotu sahəsində tam olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqinə başlanılıb. Ölkədə uğurla həyata keçirilən fiskal və monetar siyasət iqtisadi islahatların davam etdirilməsinə, iqtisadiyyatın bütün sahələrinə xarici investisiyaların cəlb edilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə güclü təkan verib.

2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edilməsini və cari ilin noyabrında Bakıda COP29 tədbirinin keçiriləcəyini xatırladan A.Bayramov yaşıl enerjinin istehsalı və yaşıl enerjinin dünya bazarlarına nəqlinin hazırda ölkənin enerji siyasətində prioritet təşkil etdiyini qeyd edib.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq MDB-nin 2030-cu ilə qədərki dövr üçün İqtisadi İnkişaf Strategiyasının mərhələlər üzrə icrası, üzv dövlətlər arasında maliyyə-iqtisadi sahədə qarşılıqlı əlaqələrin mövcud vəziyyəti, milli mühasibat uçotu və hesabat sistemlərinin təkmilləşdirilməsi, audit fəaliyyətinin tənzimlənməsi üzrə milli sistemlərin inkişafı, audit xidmətləri bazarının vəziyyəti və beynəlxalq standartların tətbiqi ilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi