Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq

Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq Bakı. 1 mart. REPORT.AZ/ Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları narahat edən sualların cavablandırılması üçün xüsusi bölmə hazırlanır.
Maliyyə
1 Mart , 2019 23:57
Maliyyə Nazirliyi vətəndaşların suallarını onlayn rejimdə cavablandıracaq

Bakı. 1 mart. REPORT.AZ/ Maliyyə Nazirliyinin internet səhifəsində vətəndaşları narahat edən sualların cavablandırılması üçün xüsusi bölmə hazırlanır.

"Report" xəbər verir ki, bunu nazir Samir Şərifov AzTV-yə müsahibəsində bildirib.

"Çalışacağıq ki, bu bölmə gələn həftənin əvvəlində hazır olsun. Burada vətəndaşların tez-tez soruşduğu suallar cavablandıracaq, eləcə də vətəndaşlara suallarını onlayn rejimdə vermək və cavab almaq imkanı yaradacağıq. Güman edirəm ki, problemli kreditlərlə bağlılığı olan digər qurumlar - Azərbaycan Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası da vətəndaşlara belə bir imkan yaradacaq", - deyə nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi