Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 360 min dollar gəlir əldə edib

Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 360 min dollar gəlir əldə edib Bu il oktyabrın 1-nə Maliyyə Nazirliyinin Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verdiyi vəsaitin məbləği 1 285,7 milyon ABŞ dolları təşkil edib.
Maliyyə
6 Dekabr , 2021 16:51
Maliyyə Nazirliyi bu il ARDNF-in hesabına 360 min dollar gəlir əldə edib

Bu il oktyabrın 1-nə Maliyyə Nazirliyinin Dövlət Neft Fonduna (ARDNF) idarəetməyə verdiyi vəsaitin məbləği 1 285,7 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, ilin əvvəli ilə müqayisədə 450 milyon dollar və yaxud 53,85% çoxdur.

Yanvar-sentyabr ayları ərzində Maliyyə Nazirliyi ARDNF-in hesabına 360 min dollar və yaxud idarəetmədə olan vəsaitinin 0,03%-i qədər gəlir əldə edib.

Son xəbərlər

Orphus sistemi