Maliyyə naziri: “Neftin büdcə qiymətinin 50 dollar götürülməsi mühafizəkar yanaşmadır”

Maliyyə naziri: “Neftin büdcə qiymətinin 50 dollar götürülməsi mühafizəkar yanaşmadır” “Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 50 ABŞ dolları götürülməsi çox mühafizəkar yanaşmadır”.
Maliyyə
11 Noyabr , 2022 13:34
Maliyyə naziri: “Neftin büdcə qiymətinin 50 dollar götürülməsi mühafizəkar yanaşmadır”

“Azərbaycanın gələn il üçün dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 50 ABŞ dolları götürülməsi çox mühafizəkar yanaşmadır”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib.

“Bu yanaşma bizi qlobal neft bazarlarında baş verən təlatümlərdən qoruyur. Siyasətimiz odur ki, neftdən asılılığı ardıcıl sürətdə azaldaq. Hazırda biz dünya bazarında 90 dollardan yüksək olan qiyməti 50 dollar səviyyəsində nəzərə almışıq. Bu yanaşma ilə neftin qiymətinin oynamasının mənfi təsirlərndən özümüzü sığortalayırıq. Hesab edirəm ki, növbəti illərdə biz bu siyasəti davam etdirəcəyik. Bu məsələdə kifayət qədər ehtiyatlı olmalıyıq”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi