Maliyyə naziri: "Ehtiyatlı iqtisadi siyasət davam etdiriləcək"

Maliyyə naziri: "Ehtiyatlı iqtisadi siyasət davam etdiriləcək" "Azərbaycan hökuməti iqtisadi siyasətini neftin qiyməti ilə sıx bağlamamağa çalışır"
Maliyyə
11 Aprel , 2018 12:20
Maliyyə naziri: Ehtiyatlı iqtisadi siyasət davam etdiriləcək
Maliyyə naziri Samir Şərifov / Report

Bakı. 11 aprel. REPORT.AZ/ "Azərbaycanda ehtiyatlı iqtisadi siyasəti bundan sonra da davam etdirməliyik".

"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov deyib. 

"Azərbaycan hökuməti iqtisadi siyasətini neftin qiyməti ilə sıx bağlamamağa çalışır. Bu ilin dövlət büdcəsində neftin qiyməti bazar qiymətindən xeyli aşağı götürülüb. Hesab edirəm ki, bu ehtiyatlı iqtisadi siyasət bundan sonra da davam etdiriləcək", - o bildirib. 

Bundan başqa, onun sözlərinə görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) sağlamlaşdırılması və bu çərçivədə bankın toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırıb: "Bu da imkan verir ki, bankın özəlləşdirilməsi məsələsi daha da aktuallaşsın. Məsələ ilə əlaqədar ölkə prezidentinin müvafiq sərəncamı var, nəzərdə tutulub ki, sağlamlaşdırma prosesi başa çatdırıldıqdan sonra bank özəlləşdirməyə açıq elan oluna bilər. Bu prosesin həyata keçirilməsi müəyyən hazırlıq işləri tələb edir. Bankın maliyyə vəziyyəti artıq tam sabitdir,  2017-ci ilin yekunlarına dair audit hesabat dərc ediləcək. Bu da onu göstərəcək ki, bank artıq gəlirli maliyyə institutuna çevrilib. Beləliklə, özəlləşdirmə ilə bağlı hazırlıq işlərinə start verilə bilər. Ancaq, bu, vaxt aparan prosesdir, çünki müxtəlif variantlardan biri seçilməlidir". 

Nazir onu da bildirib ki, ABB-nin törəmə müəssisəsi olan “Azərikard” MMC (prosessinq mərkəzi) ilə bağlı heç problem yoxdur: "Bu şirkət yəgin ki,fəaliyyətini davam etdirəcək. Onun kimin əlində olmasının - dövlət yoxsa özəl özəl mülkiyyətdə olması problem yaratmır". 

Son xəbərlər

Orphus sistemi