Azərbaycanda lizinq şirkəti borclular siyahısına salınıb
- 12 dekabr, 2014
- 10:20
Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın “A-Leasing” ASC vergi borcunu ödəyə bilməyən vergi ödəyicilərinin siyahısına daxil edilib. “Report”un verdiyi xəbərə görə, şirkətin adı Vergilər Nazirliyinin 2014-cü il 10 dekabr tarixinə açıqladığı siyahıda yer alıb.
Şirkətdən “Report”a bildirilib ki, artıq vergi borcunun əsas hissəsi ödənilib.
“Şirkətin ümumilikdə 8 800 manat vergi borcu olub. Bu məbləğin əksər hissəsi artıq ödənilib. Hazırda şirkətin vergi borcunun yalnız 1 700 manatı (19%) ödənilməmiş qalıb ki, bu məbləğ də yaxın günlərdə ödəniləcək", - deyə "A-Leasing"dən bildirilib.
"Evsen" Şirkətlər Qrupuna daxil olan "A-Leasing" şirkəti 3 fevral 2006-cı il tarixində Ədliyyə Nazirliyidə qeydiyyatdan keçib və Nazirlər Kabineti tərəfindən təqdim olunmuş lisenziya əsasında fəaliyyət göstərir.