Litva kolleksiya məqsədli kriptomoneta buraxıb

Litva kolleksiya məqsədli kriptomoneta buraxıb “Rəqəmsal sikkə bir növ klassik numizmatika ilə sürətlə inkişaf edən maliyyə texnologiyalarını birləşdirən körpüdür”
Maliyyə
23 İyul , 2020 18:32
Litva kolleksiya məqsədli kriptomoneta buraxıb

Litvada dünyada ilk kolleksiya məqsədli kriptomoneta buraxılıb.

“Report” xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Bankı - “Lietuvos Bankas” məlumat yayıb.

“Rəqəmsal sikkə bir növ klassik numizmatika ilə sürətlə inkişaf edən maliyyə texnologiyalarını birləşdirən körpüdür”, - Bankın İdarə Heyətinin sədri Vitas Vasiliauskas deyib.

Kriptomonetanın fiziki analoqu Litvanın Taribasının (şurasının) 20 üzvünə - 16 fevral 1918-ci ildə Litvanın müstəqilliyini elan edən aktı imzalayan ictimai xadimlərə həsr edilib. O, bank kartına bənzəyir, üst hissəsində Litva bayrağının rənglərində üç rəngli zolaq var, bunun altında isə Litva Taribasının üzvlərinin kollektiv şəkli və müstəqillik bəyannaməsi altında qoyduqları imzaların reproduksiyası var. Sikkənin nominalı sənədin qəbul olunduğu ili göstərən 19,18 avrodur. Gümüşdən hazırlanmış sikkənin çəkisi 36,36 qram, tirajı 4 min nüsxədir.

Kriptomonetanın hazırlanması üzrə müsabiqədə Litva, Hindistan, Polşa və Sinqapurdan olan şirkətlər iştirak ediblər. Sonda Litvanın “iTree” şirkəti qalib elan edilib. Şirkət mütəxəssisləri rəqəmsal jeton (sikkənin virtual analoqu) və satış üçün platforma yaradıblar. Müəyyən sayda jeton dəsti fiziki sikkə ilə dəyişdirilə bilər.

Son xəbərlər

Orphus sistemi