Ləğvedici: “Azərbaycan Kredit Bankı”nın ləğvi bu ilin sonuna qədər yekunlaşacaq

Ləğvedici: “Azərbaycan Kredit Bankı”nın ləğvi bu ilin sonuna qədər yekunlaşacaq Bakı. 1 oktyabr. REPORT.AZ/ Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC həm hüquqi, həm də fiziki şəxs kreditorları qarşısında öhdəliklərini tam yerinə yetirib.
Maliyyə
1 Oktyabr , 2018 09:59
Ləğvedici: “Azərbaycan Kredit Bankı”nın ləğvi bu ilin sonuna qədər yekunlaşacaq
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ Ləğv prosesində olan “Azərbaycan Kredit Bankı” ASC həm hüquqi, həm də fiziki şəxs kreditorları qarşısında öhdəliklərini tam yerinə yetirib.

Bunu “Report”a açıqlamasında bankın ləğvedicisi olan “Azerbaijan International Consulting Company” MMC-nin direktoru Natiq Abdullayev deyib.

“Azərbaycan Kredit Bankı”ında heç bir şirkətin və vətəndaşın pul qalmayıb. Bu bank bir sıra bağlanmış banklardan fərqli olaraq müflis elan edilməyib, məcburi ləğv prosesindədir və öhdəliklərini yerinə yetirmək iqtidarındadır. Hazırda onun hüquqi şəxs kimi ləğv edilməsi istiqamətində işlər aparılır və “Azərbaycan Kredit Bankı”nın ləğvi bu ilin sonuna qədər yekunlaşacaq”, - o qeyd edib.

N.Abdullayev ləğvedici olaraq “Azərbaycan Kredit Bankı”nın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 111 ünvanından Səməd Vurğun küçəsi, 58 ünvanına köçmələrinə də aydınlıq gətirib: “Əvvəlki ünvanda Bankın baş ofisi icarə müqaviləsi əsasında yerləşirdi. Xərcləri azaltmaq, icarə haqqı ödəməmək üçün yeni ünvana köçdür. Bura “Azərbaycan Kredit Bankı”nın mülkiyyətindədir”. 

Son xəbərlər

Orphus sistemi