"Legion Financial"ın səhmlərinə 1 investor maraq göstərib

Maliyyə
  • 26 fevral, 2024
  • 14:59
Legion Financialın səhmlərinə 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin adi, sənədsiz, adlı 95 min manatlıq səhminin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 1 investor 95 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub, şirkətin nizamnamə kapitalı 95 min manat və yaxud 4,2 % artaraq 2,245 milyon manatdan 2,34 milyon manata çatıb.

Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.