Latviya banklarından əmanət axını başlayıb

Latviya banklarından əmanət axını başlayıb Son 1 həftədə 365 mln. avro məbləğində əmanət geri götürülüb
Maliyyə
26 Mart , 2018 10:44
Latviya banklarından əmanət axını başlayıb

Bakı. 26 mart. REPORT.AZ/ Son bir həftədə Latviya banklarından 365 mln. avro məbləğində əmanət geri götürülüb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə və kapital bazarları komissiyası məlumat yayıb.

Məlumata görə, hazırda Latviya banklarında 18,37 mlrd. avro vəsait var. Bu da son 5 ilin ən aşağı həddidir. 

Qeyd edək ki, ABŞ hökuməti bu il fevralın 13-də bəyan edib ki, Latviyanın "ABLV" bankı beynəlxalq sanksiyalara əməl etmədiyinə görə ona qarşı tədbir görmək zərurəti yaranıb. Bundan sonra ölkənin bank sistemindən 2,15 mlrd. avro məbləğində vəsait axını baş verib.

Hazırda qeyri-rezidentlərin Latviya banklarındakı əmanət portfelində xüsusi çəkisi 35% təşkil edir. Maliyyə və kapital bazarları komissiyası bu göstəricinin 5%-ə qədər azalmasında maraqlı olduğunu açıqlayıb.

Son xəbərlər

Orphus sistemi