Kriptovalyuta bazarı 6%-dən çox ucuzlaşıb

Kriptovalyuta bazarı 6%-dən çox ucuzlaşıb Bakı. 19 dekabr. REPORT.AZ/ Kriptovalyuta bazarının kapitallaşması bu gün 643 mlrd. ABŞ dollarına qədər yüksələrək tarixi rekord həddə çatıb və daha sonra azalmağa başlayıb.
Maliyyə
19 Dekabr , 2017 20:33
Kriptovalyuta bazarı 6%-dən çox ucuzlaşıb

Bakı. 19 dekabr. REPORT.AZ/ Kriptovalyuta bazarının kapitallaşması bu gün 643 mlrd. ABŞ dollarına qədər yüksələrək tarixi rekord həddə çatıb və daha sonra azalmağa başlayıb.

"Report"un analitik qrupu bildirir ki, bir neçə saat ərzində kriptovalyuta bazarının kapitallaşması maksimal həddən 6,2% ucuzlaşaraq 603 mlrd. dollara enib.

Kriptovalyuta bazarının ucuzlaşmasına liderliyi "bitcoin" edib. Onun qiyməti ötən günlə müqayisədə 6%-ə yaxın ucuzlaşma göstərərək 18 100 dollara qədər geriləyib. Qeyd edək ki, "bitcoin" kriptovalyuta bazarında 49,9% payla 300 mlrd. kapitallaşmaya sahibdir. Hazırda kriptovalyuta bazarında 1 369 valyuta və 7 593 birja mövcuddur.

"Bitcoin"lə bərabər ilk onluqda qiyməti düşən valyutalar arasında IOTA yer alıb. Onun qiymətində 2%-ə yaxın ucuzlaşma olub.

Son xəbərlər

Orphus sistemi