“Kəpəz” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 24 may, 2024
  • 07:34
“Kəpəz” BOKT-un istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Mayın 27-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Kəpəz" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Məlumata görə, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.

Xatırladaq ki, Birjanın Listinq Komitəsinin qərarı ilə hər birinin nominal dəyəri 1 000 manat olan 500 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz (500 min manatlıq) standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14%-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

44 filmi