"Kapital Bank" yeni kredit kampaniyasına başlayıb

Maliyyə
  • 18 dekabr, 2017
  • 08:59
Kapital Bank yeni kredit kampaniyasına başlayıb
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ “Kapital Bank” ASC müdafiə sənayesi işçiləri üçün yeni güzəştli kredit kampaniyasına başlayıb. Aksiya çərçivəsində “Kapital Bank”dan məvacib alan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına illik faiz dərəcəsində 2%-dək endirim edilir.

“Report”un banka istinadən vediyi xəbərə görə, 8 min manatadək kreditlər zaminsiz verilə bilər.

Aksiya 31 yanvar 2018-ci il tarixədək keçirilir.

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3 aydan 48 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqını "Kapital Bank"dan alanlara şamil edilir.

44 filmi